Ağdaşda 116 yaşlı seçici səs verib - FOTO

Ağdaşda 116 yaşlı seçici səs verib - FOTO DSK sədri: "Yaşlı və xəstə seçicilər üçün lazımı şərait yaradılıb"
Daxili siyasət
26 Sentyabr , 2016 17:20
Ağdaşda 116 yaşlı seçici səs verib - FOTO

Ağdaş. 26 sentyabr. REPORT.AZ/ Ağdaş rayonunun ən yaşlı sakini referendumda (ümumxalq səsverməsi) iştirak edib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, rayonun Ləki qəsəbə sakini 1900-cu il təvəllüdlü Yusifova Səadət Qurban qızı seçici hüqundan istifadə edərək səs verib. 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 30 saylı seçki məntəqəsində qeydiyyatda olan seçicinin evinə məntəqənin daşınan qutusu komissiya üzləri tərəfindən aparılıb.

89 saylı Göyçay-Ağdaş DSK-nın sədri Nizam Məhərrəmov "Report" a bildirib ki, dairə üzrə yaşı 100-dən çox olan 4 seçici var. Bunlardan ən çox yaşı olan Ağdaş rayon Ləki qəsəbə sakini 116 yaşlı Yusifova Səadət Qurban qızıdır: "Yaşlı və xəstə seçicilər üçün lazımı şərait yaradılıb. Onların hər birinin ünvanlarına daşınan qutular göndərilir".

Son xəbərlər

Orphus sistemi