Ağdaş rayon İcra Hakimiyyəti Prezidenti
"Report"a daxil olan məlumata görə, İcra Hakimiyyəti aparatının əməkdaşları bir aylıq əmək haqlarını könüllü surətdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə ianə ediblər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq rayon icra hakimiyyəti tərəfindən dezinfeksiya işləri daha geniş miqyaslı görülməyə başlayıb, aztəminatlı ailələrə, tənha insanlara sosial dəstək göstərilməsi, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, pandemiyanın yarada biləcəyi digər problemlərin qarşısının əvvəlcədən alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir.