ABŞ-nin Azərbaycandakı səfirliyi "Report"un sorğusuna cavab verib

ABŞ-nin Azərbaycandakı səfirliyi "Report"un sorğusuna cavab verib Birləşmiş Ştatlar, Qərb dövlətləri, müxtəlif beynəlxalq təşkilatlar Ermənistanın illər boyu tarixi saxtalaşdırma, işğal, anti-Azərbaycan siyasətinə göz yumub. 30 il Azərbaycan torpaqlarının işğal altında qaldığı illərdə, o cümlədən son illərdə də bu riyak
Daxili siyasət
13 Dekabr , 2024 18:41
ABŞ-nin Azərbaycandakı səfirliyi Reportun sorğusuna cavab verib

ABŞ-nin Azərbaycandakı səfirliyi "Report"un ötən gün dərc etdiyi materialla bağlı sorğusuna cavab verib.

Cavabla tanış olduqdan sonra məlum olub ki, o, verilən suala uyğun deyil.

Belə ki, "Report" sorğusunda ABŞ-nin Azərbaycandakı səfirliyinin Ermənistandan qovulan azərbaycanlıların irsinin qorunması ilə bağlı hansı addımların atıldığını, layihələrin həyata keçirildiyi barədə məlumat almaq üçün müraciət edib.

Səfirliyin cavabında isə Azərbaycanın azad olunan ərazilərdə ABŞ-nin görmək istədiyi işlər barədə danışılıb. Faktiki olaraq səfirlik "Report"un sorğusuna mahiyyəti üzrə cavab verməyib.

Cavabdan çıxan məntiqi nəticə budur ki, ABŞ azərbaycanlıların Ermənistandan qovulduğu dövrdən bu günə qədər onların dədə-baba torpaqlarına irsinin qorunması yolundan heç bir addım atmayıb.

Son xəbərlər

Orphus sistemi