Abid Şərifov Bakıda "Xruşşovka" tipli beton binaların sökülməsinə münasibət bildirib

Abid Şərifov Bakıda "Xruşşovka" tipli beton binaların sökülməsinə münasibət bildirib “Belə evlərdə yaşayan insanların əksəriyyəti xəstədir"
Daxili siyasət
28 Aprel , 2017 20:08
Abid Şərifov Bakıda Xruşşovka tipli beton binaların sökülməsinə münasibət bildirib

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Baş nazirinin müavini Abid Şərifov Bakıda yerləşən "Xruşşovka" tipli beton yaşayış binalarının sökülüb-sökülməyəcəyi ilə bağlı məsələyə münasibət bildirib.

“Report” xəbər verir ki, o, “ASAN radio”nun “QəbuldASAN” verilişində Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə ilk növbədə mikrorayon ərazilərində yerləşən beton binaların sökülməsi ilə bağlı pilot layihə hazırlandığını söyləyib.

Baş nazirin müavini deyib ki, buna səbəb mikrorayonlarda bu cür yaşayış binalarının nöqsanlı tikilməsidir: “Çünki belə evlərdə yaşayan insanların əksəriyyəti xəstədir. Ona görə də ilk növbədə beton evlər sökülməlidir. Əsas məsələ insanların sağlamlığını düşünməkdir. Lakin yaxın müddətdə mikrorayonlardan kənarda olan belə yaşayış evlərinin sökülməsi nəzərdə tutulmur”.

A.Şərifov vurğulayıb ki, Montin qəsəbəsində beton binalar olmadığından orada hansısa söküntünün aparılması gündəmdə deyil.  

Son xəbərlər

Orphus sistemi