Sumqayıtda avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə 3,5 milyon manat ayrılıb

Sumqayıtda avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə 3,5 milyon manat ayrılıb Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Daxili siyasət
21 Oktyabr , 2019 16:25
Sumqayıtda avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə 3,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev "Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 3,5 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi