29 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində 80 nəfər səs verib

Daxili siyasət
  • 23 dekabr, 2019
  • 05:45
29 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində 80 nəfər səs verib

Bələdiyyə seçkiləri ilə əlaqədar 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir.

“Report”un xəbərinə görə, seçki məntəqəsinin sədri İmran Cəmiyev bildirib ki, məntəqənin seçici siyahısında 1320 nəfərin adı var.

Səsvermə başlayandan indiyə qədər təqribən, 80 nəfər səs verib.

O bildirib ki, bu məntəqədə 5 nəfər qeydiyyatdan çıxıb, 5 nəfər qeydiyyata düşüb. 18 yaşı yeni tamam olmuş seçicilərin sayı isə 10 nəfər təşkil edir.

Seçki prosesini yerli müşahidəçilər izləyirlər.

Xatırladaq ki, məntəqə Qərbi Kaspi Universitetinin binasında yerləşir.

44 filmi