I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri başa çatıb - YENİLƏNİB

I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri başa çatıb - YENİLƏNİB 1-ci Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri başlayıb.
Daxili siyasət
5 Sentyabr , 2023 17:55
I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri başa çatıb - YENİLƏNİB

I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə üzvlərinin bir qrupunun Şuşaya səfəri başa çatıb.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, bu gün "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri həyata keçirilib.

Səfər çərçivəsində iştirakçılar Şuşa şəhərində işğal dönəmində erməni vəhşiliyinin nəticəsi olan dağıntılarla tanış olublar. Onlara işğaldan sonra ötən müddət ərzində şəhərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və qısa müddətdə burada aparılan quruculuq-abadlıq işləri barədə məlumat verilib. İtkin düşən şəxslərin ailə üzvləri, həmçinin bu günlərdə Şuşa həbsxanası ərazisində aşkarlanan toplu məzarlığı ziyarət ediblər.

Daha sonra Şuşa qalasında olan səfər iştirakçıları orada xatirə şəkli çəkdirib və əsaslı təmirdən sonra istifadəyə verilən Yuxarı Gövhər Ağa Məscidini ziyarət ediblər. Onlar məsciddə namaz qılıblar.

Səfər zamanı Azərbaycanın dahi sənətkarı Bülbülün ev muzeyi də ziyarət olunub. Burada Azərbaycan musiqi sənətində özünəməxsus iz qoymuş Bülbülün həyat və yaradıcılığı barədə məlumat verilib.

Səfər iştirakçıları yekunda Cıdır düzündə olublar.

13:59

I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri başlayıb.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən səfərin əsas məqsədi Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımıza aid olduğu hesab edilən kütləvi məzarlığı ziyarət etməkdir.

Səfərdə itkin düşmüş hesab edilən soydaşlarımızın 46 nəfərlik ailə üzvü iştirak edir.

Xatırladaq ki, cari ilin iyun ayında Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanmışdı. Bu yaxınlarda Şuşa həbsxanası ətrafında aparılan qazıntı işləri zamanı daha 17 şəxsə aid ehtimal edilən insan skeleti qalıqları aşkarlanıb.

Bu vaxtadək işğaldan azad edilən Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, eləcə də Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib.

Son xəbərlər

Orphus sistemi