Yuxarı
    Bağlamaq

    XİN ukraynalılara Dağlıq Qarabağa getməməyi tövsiyə edib

    Bu ərazilərdə olan Ukrayna vətəndaşlarına qəti şəkildə oranı tərk etməyi tövsiyə edirik

    Bakı. 3 aprel. REPORT.AZ/ Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    "Report" Ukrayna XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət orqanı Ukrayna vətəndaşlarına vəziyyət sabitləşənə qədər Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik ərazilərə səfərlərdən imtina etməyi tövsiyə edib.

    "Bu ərazilərdə olan Ukrayna vətəndaşlarına isə qəti şəkildə oranı tərk etməyi tövsiyə edirik", - deyə XİN-dən bildirilib.

    Bəyanatda qeyd olunub ki, Ukrayna vətəndaşları fövqəladə vəziyyətə düşəcəyi təqdirdə dərhal Ukraynanın Azərbaycandakı diplomatik nümayəndəliyinə müraciət etməli və ya Ukrayna Xarici İşlər Nazirliyinin sutka ərzində fəaliyyət göstərən "qaynar xətti"nə zəng etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi