XİN ukraynalılara Dağlıq Qarabağa getməməyi tövsiyə edib

XİN ukraynalılara Dağlıq Qarabağa getməməyi tövsiyə edib "Bu ərazilərdə olan Ukrayna vətəndaşlarına qəti şəkildə oranı tərk etməyi tövsiyə edirik"
Qarabağ
3 Aprel , 2016 11:51
XİN ukraynalılara Dağlıq Qarabağa getməməyi tövsiyə edib

Bakı. 3 aprel. REPORT.AZ/ Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Report" Ukrayna XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət orqanı Ukrayna vətəndaşlarına vəziyyət sabitləşənə qədər Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik ərazilərə səfərlərdən imtina etməyi tövsiyə edib.

"Bu ərazilərdə olan Ukrayna vətəndaşlarına isə qəti şəkildə oranı tərk etməyi tövsiyə edirik", - deyə XİN-dən bildirilib.

Bəyanatda qeyd olunub ki, Ukrayna vətəndaşları fövqəladə vəziyyətə düşəcəyi təqdirdə dərhal Ukraynanın Azərbaycandakı diplomatik nümayəndəliyinə müraciət etməli və ya Ukrayna Xarici İşlər Nazirliyinin sutka ərzində fəaliyyət göstərən "qaynar xətti"nə zəng etməlidir.

Son xəbərlər

Orphus sistemi