XİN rəhbəri: BƏƏ Qarabağ münaqişəsi ilə bağlı prezident İlham Əliyevin nümayiş etdirdiyi sülh strategiyasını alqışlayır

XİN rəhbəri: BƏƏ Qarabağ münaqişəsi ilə bağlı prezident İlham Əliyevin nümayiş etdirdiyi sülh strategiyasını alqışlayır Səfir Daşqın Şikarov BƏƏ-nin xarici işlər naziri ilə görüşüb
Qarabağ
13 Aprel , 2016 12:19
XİN rəhbəri: BƏƏ Qarabağ münaqişəsi ilə bağlı prezident İlham Əliyevin nümayiş etdirdiyi sülh strategiyasını alqışlayır

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan ilə görüş keçirib.

Azərbaycanın BƏƏ-dəki səfirlikdən "Report"a verilən xəbərə görə, görüşdə D.Şikarov cəbhə xəttində yaranmış son durumla bağlı ətraflı məlumat verib.

Şeyx Abdulla bin Zayed Əl Nəhyan BƏƏ tərəfindən Azərbaycanla əlaqələrin yüksək səviyyədə saxlanılması və daha da inkişaf etdirilməsinə xüsusi önəm verildiyi, BƏƏ-nin Azərbaycanla, xüsusən də ölkə rəhbərliyi ilə yaxın münasibətlərə malik olmasının fəxrlə qəbul edildiyini vurğulayıb.

Nazir Azərbaycan ilə BƏƏ-nin qardaş ölkə olduğunu və Azərbaycanın mövqeyini dəstəklədiklərini qeyd edərək, cəbhə bölgəsində yaranmış son vəziyyət, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi sülh strategiyasını alqışlayaraq problemin BMT-nin qəbul etdiyi qərar və qətnamələrdə qeyd olunan prinsiplər əsasında həllinin vacibliyini bildirib.

Səfir D.Şikarov ölkəsinin, işğal altında olan torpaqların məhz sülh yolu ilə, xüsusən BMT-nin qəbul etdiyi qərar və qətnamələrdə qeyd olunan prinsiplər əsasında həllinin tərəfdarı olduğunu qeyd edərək, Ermənistan tərəfinin sülh danışıqlarından imtina etdiyini, işğalçı Ermənistanın BMT-nin və və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını Nazir Şeyx Abdullanın diqqətinə çatdırıb.

Son xəbərlər

Orphus sistemi