Yuxarı

TRT-nin hazırladığı “Qarabağın səssiz fəryadı” adlı sənədli filmin təqdimat mərasimi keçirilib

Sənədli film 5 hissədən ibarət olacaq

Bakı. 1 aprel. REPORT.AZ/ 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Türkiyə Radio Televiziya (TRT) qurumunda TRT-nin hazırladığı “Qarabağın səssiz fəryadı” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən “Report”a verilən məlumata görə, tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsinin ardından soyqırımı qurbanları və Azərbaycanla Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbirdə Azərbaycanın Diasporla iş üzrə dövlət komitəsinin sədr müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və TRT-nin Baş Direktoru Şenol Göka çıxış ediblər. Natiqlər çıxışları zamanı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycanlıların Soyqırımı Günü elan etməsinin ermənilərin xalqımıza qarşı müxtəlif vaxtlarda həyata keçirdiyi soyqırımı aksiyalarının dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rolunu və Prezident İlham Əliyevin bu istiqamətdə işlərin davam etdirilməsini qeyd ediblər. 

Daha sonra TRT-nin hazırladığı “Qarabağın səssiz fəryadı” filmindən fraqmentlər nümayiş olunub.

Həmin sənədli film 5 hissədən ibarət olaraq TRT Avaz kanalı vasitəsi ilə yayımlanmağa başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi