Yuxarı
    Bağlamaq

    ​Rusiyanın artilleriya bölmələri Ermənistanda təlimə başlayıb

    Bir ay ərzində keçiriləcək təlimə Qvozdika özüyeriyən qaubitsa, Qrad reaktiv sistemi də cəlb edilib

    Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyanın Cənub Hərbi Dairəsi Ermənistandakı artilleriya bölmələri "Alagöz" poliqonunda döyüş təliminə başlayıb.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, bir ay ərzində keçiriləcək təlimə "Qvozdika" özüyeriyən qaubitsa, "Qrad" reaktiv sistemi, "Podnos" minaatanlar və "Konkurs" tankəleyhinə raket kompleksi cəlb edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi