Yuxarı
    Bağlamaq

    Rusiya XİN rəhbəri Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

    Tərəflər prezidentlərin Vyana və Sankt-Peterburqda keçirilən görüşlərində əldə olunan sazişlərin həyata keçirilməsi gedişini müzakirə ediblər© Courtesy İmage

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Sentyabrın 8-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriyonu (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşiki qəbul edib. 

    "Report" Rusiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aktual məsələlər, o cümlədən  prezidentlərin mayın 16-da Vyanada və iyununun 20-də Sankt-Peterburqda keçirilən görüşlərində əldə olunan sazişlərin həyata keçirilməsi gedişini, eləcə də Azərbaycan-Ermənistan sərhədi və qoşunların təmas xəttindəki cari vəziyyəti müzakirə ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi