Rusiya XİN rəhbəri Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Rusiya XİN rəhbəri Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb Tərəflər prezidentlərin Vyana və Sankt-Peterburqda keçirilən görüşlərində əldə olunan sazişlərin həyata keçirilməsi gedişini müzakirə ediblər
Qarabağ
8 Sentyabr , 2016 14:15
Rusiya XİN rəhbəri Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Courtesy İmage

Bakı. 8 sentyabr. REPORT.AZ/ Sentyabrın 8-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriyonu (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşiki qəbul edib. 

"Report" Rusiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aktual məsələlər, o cümlədən  prezidentlərin mayın 16-da Vyanada və iyununun 20-də Sankt-Peterburqda keçirilən görüşlərində əldə olunan sazişlərin həyata keçirilməsi gedişini, eləcə də Azərbaycan-Ermənistan sərhədi və qoşunların təmas xəttindəki cari vəziyyəti müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi