Yuxarı
    Bağlamaq

    Rusiya XİN başçısının müavini: "Moskva Qarabağ münaqişəsi ilə bağlı danışıqların məhsuldar alınmasında maraqlıdır"

    Qriqori Karasin: Münaqişə tərəflərinə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verilib

    Bakı. 27 dekabr. REPORT.AZ/ Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin aktivləşdirilməsini alqışlayır.

    "Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin "İnterfaks"a müsahibəsində bildirib.

    "Rusiya danışıqlar prosesinin aktivləşdirilməsini, o cümlədən qarşıdakı nazirlər görüşünü (2018-ci il yanvar ayının ikinci yarısında - red.) alqışlayır və danışıqların məhsuldar alınmasında maraqlıdır", - Q.Karasin deyib.

    Onun sözlərinə görə, Rusiya münaqişənin Bakı və Yerevanın mövcud razılaşmalar əsasında güzəştli həlli yollarını axtarmaq səylərini dəstəkləyir: "Minsk qrupunun həmsədrliyi üzrə öz tərəfimizdən tərəfdaşlarla birlikdə münaqişənin sülh yolu ilə nizamlanması üçün vasitəçilik yardımını göstərməyə davam edəcəyik".

    O, dekabrın əvvəlində Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin hələlik konsensusa gəlmək mümkün olmayan məsələləri müzakirə etdiklərini xatırladıb: "Münaqişə zonasında vəziyyətin gərginləşməsinin qarşısının alınması üçün mümkün addımlar nəzərdən keçirilib. Tərəflərə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verilib. Dağlıq Qarabağ münaqişəsinin bu və digər məsələləri ətrafında müzakirələri 2018-ci ilin yanvar ayında vasitəçilərin iştirakı ilə davam etdirmək barədə nazirlər razılığa gəliblər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi