Rusiya XİN başçısının müavini: "Moskva Qarabağ münaqişəsi ilə bağlı danışıqların məhsuldar alınmasında maraqlıdır"

Rusiya XİN başçısının müavini: "Moskva Qarabağ münaqişəsi ilə bağlı danışıqların məhsuldar alınmasında maraqlıdır" Qriqori Karasin: "Münaqişə tərəflərinə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verilib"
Qarabağ
27 Dekabr , 2017 15:11
Rusiya XİN başçısının müavini: Moskva Qarabağ münaqişəsi ilə bağlı danışıqların məhsuldar alınmasında maraqlıdır

Bakı. 27 dekabr. REPORT.AZ/ Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin aktivləşdirilməsini alqışlayır.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin "İnterfaks"a müsahibəsində bildirib.

"Rusiya danışıqlar prosesinin aktivləşdirilməsini, o cümlədən qarşıdakı nazirlər görüşünü (2018-ci il yanvar ayının ikinci yarısında - red.) alqışlayır və danışıqların məhsuldar alınmasında maraqlıdır", - Q.Karasin deyib.

Onun sözlərinə görə, Rusiya münaqişənin Bakı və Yerevanın mövcud razılaşmalar əsasında güzəştli həlli yollarını axtarmaq səylərini dəstəkləyir: "Minsk qrupunun həmsədrliyi üzrə öz tərəfimizdən tərəfdaşlarla birlikdə münaqişənin sülh yolu ilə nizamlanması üçün vasitəçilik yardımını göstərməyə davam edəcəyik".

O, dekabrın əvvəlində Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin hələlik konsensusa gəlmək mümkün olmayan məsələləri müzakirə etdiklərini xatırladıb: "Münaqişə zonasında vəziyyətin gərginləşməsinin qarşısının alınması üçün mümkün addımlar nəzərdən keçirilib. Tərəflərə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verilib. Dağlıq Qarabağ münaqişəsinin bu və digər məsələləri ətrafında müzakirələri 2018-ci ilin yanvar ayında vasitəçilərin iştirakı ilə davam etdirmək barədə nazirlər razılığa gəliblər".

Son xəbərlər

Orphus sistemi