BQXK nümayəndəsi: "Bu il Azərbaycanla Ermənistan arasında əsir və girovların dəyişdirilməsi ilə bağlı irəliləyiş olacaq"

BQXK nümayəndəsi: "Bu il Azərbaycanla Ermənistan arasında əsir və girovların dəyişdirilməsi ilə bağlı irəliləyiş olacaq" "Bu, humanitar problemdir və onu siyasiləşdirmək olmaz"
Qarabağ
15 Fevral , 2016 12:49
BQXK nümayəndəsi: Bu il Azərbaycanla Ermənistan arasında əsir və girovların dəyişdirilməsi ilə bağlı irəliləyiş olacaq

Bakı. 15 fevral. REPORT.AZ/ "Hələlik döyüş zamanı həlak olanların dəfn edildikləri yer, bioloji göstəriciləri ilə bağlı məlumatlar toplanır. Bu haqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə itkin düşənlər barədə informasiya mübadiləsi edilməsi haqda razılıq əldə olunub".

"Report" xəbər verir ki, bunu Qırmızı Xaç Beynəlxalq Cəmiyyətinin Yerevandakı nümayəndəliyin rəhbəri Karolin Duyez təmas xəttində döyüş zamanı ölənlərin dəfn edildikləri yerlə bağlı Ermnənistan KİV-inə müsahibəsində deyib.

O, cari ildə itkin düşən, girov və əsir götürülənlərin dəyişdirilməsi ilə bağlı irəliləyiş olacağına inandığını söyləyib: "Onu da deməliyəm ki, dəfn olunanlar tapılıb, onların kimliyinin müəyyənləşdirilməsi çox uzun bir prosesdir. Bu humanitar problemdir və onu siyasiləşdirmək olmaz".

Karolin Duyez Azərbyacan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan sərhədini qanunsuz keçdiyi üçün saxlanılan erməniyə dəyişdirilməsi haqda dediklərinə münasibət bidlirərkən söyləyib ki, əgər bununla bağlı ciddi təklif olarsa, onu dəyərləndirə bilərlər.

Son xəbərlər

Orphus sistemi