Patriarx Kirill: "Dağlıq Qarabağ yarası hələ də sağalmayıb"

Patriarx Kirill: "Dağlıq Qarabağ yarası hələ də sağalmayıb" Moskva və bütün Rusiyanın patriarxı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb
Qarabağ
22 Noyabr , 2016 16:19
Patriarx Kirill: Dağlıq Qarabağ yarası hələ də sağalmayıb

Bakı. 22 noyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ yarası hələ də sağalmayıb".

"Report" "Vestnik Kafkaza"ya istinadən xəbər verir ki, bunu Moskva və bütün Rusiyanın patriarxı Kirill Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşü zamanı deyib.

Patriarx Kirill Allahşükür Paşazadəyə müraciətində dini liderlərin vəzifəsinin sülhü təşviq etmək olduğunu bildirib. 

"Dağlıq Qarabağın hələ də qanayan yara olduğunu bilirik. Son illərdə aparılan dialoqlar üçün verdiyiniz töhfələri minnətdarlıq hissi ilə qeyd edirəm. Məhz bu dialoqlar Dağlıq Qarabağ münaqişəsinin radikallaşmamasına təsir edib, o zonada yaşayan insanlara ağır zərbə vurulmasının qarşısını alıb", - deyə Şeyxülislam Patriarxa təşəkkür edib.

Həmçinin Patriarx da Rusiya ilə Azərbaycan arasında əlaqələrin əhəmiyyətini vurğulayıb. 

"Rusiya və Azərbaycan bir-biri ilə sıx bağlıdır. Ən böyük Rusiya diasporu Azərbaycanda yaşayır, rusiyalıar Azərbaycanın həyatında mühüm rol oynayırlar. Eyni sözləri Rusiyada yaşayan və burada bizneslə və siyasətlə məşğul olan azərbaycanlılar haqqında da deyə bilərəm" - Rusiya Pravoslav Kilsəsinin rəhbəri bildirib.

Son xəbərlər

Orphus sistemi