Yuxarı
    Bağlamaq

    Milli Məclis sədrinin müavini: "Qarabağda separatçılıq olmasaydı, oradakı əhali Azərbaycanın tərkibində çox yaxşı yaşayardı"

    Milli Məclisin sədr müavini Valeh Ələsgərov

    Bakı. 7 may. REPORT.AZ/ “Dağlıq Qarabağda, Abxaziyada, Osetiyada münaqişələr həll edilərsə, vəziyyət tamamilə yaxşı olar. Sovet dövründə Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyəti qənaətbəxş idi. Qarabağ yüksək səviyyədə inkişaf etmiş əraziyə çevrilə bilər”.

    “Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

    O bildirib ki, Dağlıq Qarabağda separatçılıq olmasaydı, Azərbaycanın tərkibində yüksək səviyyədə inkişaf edər və əhali çox yaxşı şəraitdə yaşayardı: “Qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi elan edir ki, orada 41 min nəfər seçici var, amma ordunun təlimində qeyd edirdilər ki, təlimlərdə 44 min hərbçi iştirak edib. Bu necə ola bilər?”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi