Yuxarı
    Bağlamaq

    Nazir: "Ermənistan həmsədrlərin regiona səfəri və xarici işlər nazirlərinin Brüssel görüşündən əvvəl vəziyyəti bilərəkdən gərginləşdirib"

    Ermənistan istənilən yolla işğalı davam etdirməyə və status-kvonu saxlamağa çalışır
    © Report

    Bakı. 17 iyul. REPORT.AZ/ "Ermənistan istənilən yolla işğalı davam etdirməyə və status-kvonu saxlamağa çalışır."

    "Report" xəbər verir ki, bunu RİA "Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

    "Prezidentlərin Sankt-Peterburqdakı danışıqlarından sonra Ermənistan tərəfi substantiv danışıqlar yolu ilə münaqişənin həllinə yol verməmək məqsədi ilə müxtəlif bəhanələrlə və təxribatlara əl atmağı davam edir. Hətta danışıqlar prosesinin ciddi davam etdirilməsi üçün erməni tərəfi şərt irəli sürmək istəyir", - E.Məmmədyarov bildirib.

    "Ermənistan bu ilin iyun ayından həmsədrlərin regiona səfəri və xarici işlər nazirlərinin Brüsseldəki görüşündən əvvəl vəziyyəti bilərəkdən gərginləşdirib. Bu il iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü və qabaqcadan düşünülmüş hücum nəticəsində 2 yaşlı qız və onun nənəsi öldürülüb, daha bir qadın yaralanıb. Son hadisələr, o cümlədən ötən ilin aprelində baş verən hərbi toqquşmalar bir daha sübut etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan tərəfinin öz silahlı qüvvələrini çıxarmasından imtina etməsi səbəbindən region ciddi təhlükələrlə üz-üzə qalıb", - XİN başçısı deyib.

    Onun sözlərinə görə, Ermənistan istənilən yolla işğalı davam etdirməyə və status-kvonu saxlamağa çalışır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi