Yuxarı

İSESKO-nun baş direktoru: "Qarabağ məsələsində Azərbaycan xalqının yanındayıq"

İşğal olunan torpaqlar geri qaytarılmalıdır

Bakı. 26 noyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən, İSESKO Qarabağ məsələsində hər zaman dedikləri prinsiplərə sadiq qalır. Yəni, biz həmişə Azərbaycanın tərəfindəyik". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında yenidən İSESKO-nun baş direktoru seçilən Əbdüləziz Osman əl-Tuveycri deyib.

Onun sözlərinə görə, quruma üzv olan bütün ölkələr də Azərbaycanın bu məsələdəki mövqeyini dəstəkləyir: "İşğal olunan torpaqlar geri qaytarılmalıdır. Bundan sonra da ictimaiyyətə çatdırmağa çalışacağıq ki, BMT-nin 4 qətnaməsi qəbul olunub və Ermənistan tərəfi hələ də BMT-nin tələblərini yerinə yetirmir. Bir daha deyirəm, bu məsələdə Azərbaycan xalqının yanındayıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi