İSESKO-nun baş direktoru: "Qarabağ məsələsində Azərbaycan xalqının yanındayıq"

İSESKO-nun baş direktoru: "Qarabağ məsələsində Azərbaycan xalqının yanındayıq" "İşğal olunan torpaqlar geri qaytarılmalıdır"
Qarabağ
26 Noyabr , 2015 14:49
İSESKO-nun baş direktoru: Qarabağ məsələsində Azərbaycan xalqının yanındayıq

Bakı. 26 noyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən, İSESKO Qarabağ məsələsində hər zaman dedikləri prinsiplərə sadiq qalır. Yəni, biz həmişə Azərbaycanın tərəfindəyik". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında yenidən İSESKO-nun baş direktoru seçilən Əbdüləziz Osman əl-Tuveycri deyib.

Onun sözlərinə görə, quruma üzv olan bütün ölkələr də Azərbaycanın bu məsələdəki mövqeyini dəstəkləyir: "İşğal olunan torpaqlar geri qaytarılmalıdır. Bundan sonra da ictimaiyyətə çatdırmağa çalışacağıq ki, BMT-nin 4 qətnaməsi qəbul olunub və Ermənistan tərəfi hələ də BMT-nin tələblərini yerinə yetirmir. Bir daha deyirəm, bu məsələdə Azərbaycan xalqının yanındayıq".

Son xəbərlər

Orphus sistemi