Yuxarı
    Bağlamaq

    ​İranın Yerevandakı səfirliyinin attaşesi Ermənistan Müdafiə Nazirliyinə çağırılıb

    İranlı diplomat top mərmilərinin düşməsi nəticəsində xəsarət alanın olmadığını bildirib

    Bakı. 4 aprel. REPORT.AZ/ Şərqi Azərbaycan əyaləti valisinin müavini Səid Şəbüstərinin bəyanatı ilə bağlı İranın Yerevandakı səfirliyinin hərbi attaşesi, polkovnik Hüseyn Şeyx Ermənistanın Müdafiə Nazirliyinə çağırılıb.

    "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

    Məlumata görə, onu Ermənistan müdafiə nazirinin müavini David Tonoyan qəbul edib.

    İranlı attaşe Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsinin Qulubəyli kəndinə top mərmilərinin düşməsi nəticəsində xəsarət alanın olmadığını bildirib.

    Qeyd edək ki, ötən gün Ermənistanın silahlılarının işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi istiqamətində atdığı top mərmilərindən 3-ü Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsinin Qulubəyli kəndinə düşüb. Şərqi Azərbaycan əyaləti valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Səid Şəbüstəri hadisə ilə bağlı Azərbaycan və Ermənistan tərəfə müraciət etdiklərini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi