Azərbaycan XİN Elmar Məmmədyarov və Edvard Nalbandyanın Brüsseldə görüşəcəyini təsdiqləyib - YENİLƏNİB

Azərbaycan XİN Elmar Məmmədyarov və Edvard Nalbandyanın Brüsseldə görüşəcəyini təsdiqləyib - YENİLƏNİB Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq
Qarabağ
11 İyul , 2017 13:11
Azərbaycan XİN Elmar Məmmədyarov və  Edvard Nalbandyanın Brüsseldə görüşəcəyini təsdiqləyib - YENİLƏNİB
Twitter

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Elmar Məmmədyarov və  Edvard Nalbandyanın Brüsseldə görüşəcəyini təsdiqləyib. 

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Görüş yerli vaxtla 19.00-da baş tutacaq.

Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.


*** 12:15

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Edvard Nalbandyan bu gün Brüsseldə görüş keçirəcək.

"Report" Ermənistanın Xarici İşlər Nazirliyinin "Twitter" hesabına istinadən xəbər verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü və iştirakı ilə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi