​Ermənistan təmas xəttindəki döyüşdə yaralanan silahlılarının yeni sayını açıqlayıb

​Ermənistan təmas xəttindəki döyüşdə yaralanan silahlılarının yeni sayını açıqlayıb Ermənistan Müdafiə Nazirliyinin Hərbi-Tibbi İdarəsi rəisinin müavini Arutyun Qalstyanın sözlərinə görə, yaralıların 5-nin vəziyyəti ağırdır
Qarabağ
15 Aprel , 2016 16:54
​Ermənistan təmas xəttindəki döyüşdə yaralanan silahlılarının yeni sayını açıqlayıb

Bakı. 15 aprel. REPORT.AZ/ Dağlıq Qarabağda təmas xəttində ermənilər tərəfindən yaralananların sayı 125 nəfərdir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin Hərbi-Tibbi İdarəsi rəisinin müavini Arutyun Qalstyan aprelin 15-də jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, yaralıların 5-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində aprelin 2-5 tarixində baş verən döyüş nəticəsində Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilən və yaralanan silahlılarının sayını gizlətməkdədir. Ermənistan Müdafiə Nazirliyi itkilər barədə hər gün yeni siyahı təqdim edir. Arutyun Qalstaynın elan etdiyi rəqəm də itkiləri gizlədib, onların sayını erməni cəmiyyətinə tədricən çatdırmaq taktikasının tərkib hissəsidır.

Son xəbərlər

Orphus sistemi