Yuxarı

Ermənistan silahlı qüvvələri Tərtərdə mülki şəxsləri atəşə tutub

Təmas xəttinin yaxınlığında heyvan otaran Alqayıt və Rəşad Şahvələdov qardaşları atəş altında olub

Bakı. 8 mart. REPORT.AZ/ Martın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri qoşunların təmas xəttində yaşayış məntəqəmizi atəşə tutublar.

"Report" xəbər verir ki, düşmən işğal altındaki Talış kəndi istiqamətindən Tərtər rayonunun Çaylı kəndini atəşə tutub. Təmas xəttinin yaxınlığında heyvan otaran kənd sakinləri Alqayıt və Rəşad Şahvələdov qardaşlarının olduğu ərazi də 10 deqiqəyə yaxın atəş altında olub.

Atışmada yüngül atıcı silahlardan istifadə olunub.

Ermənilər dörd heyvanı vurublar. Xoşbəxtlikdən Şahvələdov qardaşları xəsarət almayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi