Ermənistan silahlı qüvvələri Tərtərdə mülki şəxsləri atəşə tutub

Ermənistan silahlı qüvvələri Tərtərdə mülki şəxsləri atəşə tutub Təmas xəttinin yaxınlığında heyvan otaran Alqayıt və Rəşad Şahvələdov qardaşları atəş altında olub
Qarabağ
8 Mart , 2016 22:07
Ermənistan silahlı qüvvələri Tərtərdə mülki şəxsləri atəşə tutub

Bakı. 8 mart. REPORT.AZ/ Martın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri qoşunların təmas xəttində yaşayış məntəqəmizi atəşə tutublar.

"Report" xəbər verir ki, düşmən işğal altındaki Talış kəndi istiqamətindən Tərtər rayonunun Çaylı kəndini atəşə tutub. Təmas xəttinin yaxınlığında heyvan otaran kənd sakinləri Alqayıt və Rəşad Şahvələdov qardaşlarının olduğu ərazi də 10 deqiqəyə yaxın atəş altında olub.

Atışmada yüngül atıcı silahlardan istifadə olunub.

Ermənilər dörd heyvanı vurublar. Xoşbəxtlikdən Şahvələdov qardaşları xəsarət almayıb.

Son xəbərlər

Orphus sistemi