Azərbaycan Ordusunun mövqeləri minaatan və iriçaplı pulemyotlardan atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri minaatan və iriçaplı pulemyotlardan atəşə tutulub Atəşkəs rejimi ümumilikdə 32 dəfə pozulub
Qarabağ
13 Noyabr , 2016 09:36
Azərbaycan Ordusunun mövqeləri minaatan və iriçaplı pulemyotlardan atəşə tutulub

Bakı. 13 noyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi