Yuxarı

Erməni silahlı bölmələri atəşkəs rejimini 12 dəfə pozub

Ermənistanın İcevan rayonunun Ayqeovit kəndindəki mövqelərdən Qazax rayonunun Balacəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub

Bakı. 26 iyun. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub. 

"Report" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Balacəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi