Yuxarı
    Bağlamaq

    Erməni mətbuatı: "Yaralı əsgərlərə zabitlər baş çəkmir"

    Güllə onun qulağının arxasından girib, burun boşluğundan çıxıb

    Bakı. 3 dekabr. REPORT.AZ/ Erməni hərbi qulluqçulardan biri başından yaralanıb, güllə qulağının arxasından girib, burun boşluğundan çıxıb.

    "Report"un xəbərinə görə, bu barədə Armtimes.com xəbər portalı məlumat yayıb.

    Məlumatda bildirilib ki, son günlər Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələr nəticəsində yaralanan hərbi qulluqçular haqqında erməni mətbuatında ziddiyyətli xəbərlər yayılır, rəsmi açıqlamalar isə mümkün qədər məlumatları gizlətməyə yönəlmiş, gecikmiş və yarımçıqdır. 

    Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Yerevan Mərkəzi Klinik Hospitalına yerləşdirilmiş 2 hərbi qulluqçu Kaciq Qriqoryan və Qaqik Pogosyan haqqında danışır. Hospital rəisi isə 2 yaralı hərbi qulluqçu haqqında danışaraq yeni adlar - Karapet Mikayelyan və Kaciq Badalyanın adlarını qeyd edir.

    Armtimes.com xəbər portalının əməkdaşları müddətli xidmət hərbi qulluqçusu Ağdərədə (Mardakert) yaralanmış 19 yaşlı Karapet Mikayelyanın qardaşı Artaşes Mikayelyanla əlaqə saxlayıb. O, bildirib ki, Karapet mühəndis işi apararkən baş nahiyəsindən güllə yarası alıb, onun vəziyyəti olduqca ağır, lakin sabitdir, Yerevan Mərkəzi Klinik Hospitalındadır.

    Onun sözlərinə görə, qardaşı rabitəçi olduğuna görə, ümumiyyətlə, mühəndis işinə cəlb edilməməli idi. Güllə onun qulağının arxa hissəsindən girib, burun boşluğundan çıxıb. Hadisə 27 noyabr tarixində baş versə də, rəsmi orqanlar bir neçə gün bunu cəmiyyətdən faktiki olaraq gizli saxlayıblar. O bildirib ki, insanlıq naminə Xankəndi hospitalında olarkən hərbi hissədən heç bir zabit yaralıya baş çəkmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi