BQXK Ağdamda bu qurumun əməkdaşlarının və avtomobilinin ermənilər tərəfindən atəşə tutulması ilə bağlı məlumata münasibət bildirib

BQXK Ağdamda bu qurumun əməkdaşlarının və avtomobilinin ermənilər tərəfindən atəşə tutulması ilə bağlı məlumata münasibət bildirib "Əməkdaşlarımızın 4 may tarixində orada olduğunu təsdiqləyirik"
Qarabağ
5 May , 2017 11:30
BQXK Ağdamda bu qurumun əməkdaşlarının və avtomobilinin ermənilər tərəfindən atəşə tutulması ilə bağlı məlumata münasibət bildirib
Report.az

Bakı. 5 may. REPORT.AZ/ Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ağdamda bu qurumun əməkdaşlarının və avtomobilinin ermənilər tərəfindən atəşə tutulması ilə bağlı məlumata münasibət bildirib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova "Report"a deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında Beynəlxalq Qızıl Xaç Komitəsi təmas xəttinə və Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazilərdə yaşayan mülki əhalini dəstəkləmək üçün müxtəlif humanitar layihələr həyata keçirir: "Biz müntəzəm olaraq, bu icmalara baş çəkirik və cəbhə xəttinin hər iki tərəfində iş aparırıq. Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli orqanlarla birgə həyata keçirdiyi layihələrdən biri də Ağdam rayonun Əhmədağalı kəndində artezian quyusunun reablitasiyası ilə bağlı həyata keçirilən layihədir. Mediada olan məlumatla əlaqədar deyə bilərik ki, bizim əməkdaşlarımızın 4 may tarixində orada olduğunu təsdiqləyirik. Amma Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının və ya nəqliyyat vasitəsinin hədəf olduğunu bildirən heç bir əlamət və ya əsas yoxdur".

Xatırladaq ki, mayın 4-də ermənilər Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinlərini atəşə tutub. Hadisə yerində BQXK-nın əməkdaşları da olub. Ermənilər tərəfindən atəşkəsin pozulması zamanı xəsarət alan olmasa da, texnika və qurğulara ziyan dəyib. 

Son xəbərlər

Orphus sistemi