Bakı. 26 fevral. REPORT.AZ/ Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Macarıstanın Pecs şəhərindəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələr aksiya keçirib.
“Report” xəbər verir ki, aksiyaya Macarıstan, Meksika və Türkiyə vətəndaşı olan digər tələbələr də qoşulub.
Məlumata görə, azərbaycanlı tələbələrin bu aksiyasına Azərbaycanın Macarıstandakı səfirliyi dəstək verib.
Tələbələr Macar və İngilis dillərində Xocalı soyqırımından bəhs edən kitab və broşuraların yerli əhaliyə və ordakı turistlərə paylayıblar.
Ətrafdakı insanlara 25 il öncə baş verən soyqırım hadisəsi ilə bağlı İngilis və Macar dillərində ətraflı məlumat verilib.