Yuxarı
    Bağlamaq

    Azərbaycanın xarici işlər naziri Moskvada səfərdədir

    Bu gün Dağlıq Qarabağ nizamlanması üzrə Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü olacaq© Report

    Moskva. 28 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşdə iştirak etmək üçün Moskvada səfərdədir.

    "Report"un Rusiya bürosunun məlumatına görə, E.Məmmədyarov Rusiyanın paytaxtına ötən gecə çatıb.

    Bu gün Moskvada Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü olacaq. Görüş bağlı qapılar arxasında keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi