Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN "İndependent" qəzetində dərc edilmiş məqaləyə cavab verib

    Hikmət Hacıyev: Qarabağ futbol klubunun Azərbaycan üçün siyasi şahmat adlandırılması yanlışdır
    © Report

    Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin aprelin 20-də "İndependent" qəzetində dərc edilmiş “Dağlıq Qarabağ Respublikasında futbol və ümid - unudulmuş region FİFA-nın sanksiyalarına qarşı” adlı məqaləyə etiraz olaraq cavab yazısı çap olunub.

    Nazirlikdən "Report"a verilən məlumata görə, H.Hacıyev məqaləsində regiondakı real vəziyyətin təhrif olunduğunu bildirərək idman və futbolun siyasətdən kənar tutulmalı olduğunu vurğulayib: "Məqalədə Azərbaycanın işğal olunmuş ərazilərinə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət edilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və bu məsələdə yalnız Ermənistan tərəfinin mövqeyinin işıqlandırılması ədalətli və obyektiv jurnalizm prinsiplərinə uyğun gəlmir. Reallıq ondan ibarətdir ki, Ermənistan gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərini işğal edib və işğal olunmuş ərazilərdə qondarma rejim yaradıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur, Ermənistanın işğalı pislənilir və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.

    O məqaləsində yazıb ki, Ermənistanın işğalı nəticəsində "Qarabağ" klubu bəlkə də dünyada öz doğma şəhərindən kənarda sığınacaq tapan yeganə futbol klubudur: "Məqalənin müəllifinin "Qarabağ" futbol klubunu Azərbaycan üçün siyasi şahmat adlandırması yanlışdır. Biz ümid edirik ki, regionda sülh yenidən bərqərar olacaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları "Qarabağ" futbol klubunun oyunlarını izləyəcəklər". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi