Yuxarı
    Bağlamaq

    Avropa İttifaqı Qarabağ münaqişəsi tərəflərini atəşkəsə əməl etməyə çağırıb

    Maya Kosyançiç: “Avropa İttifaqı gərginliyin azaldılmasını, dözümlülüyə fəaliyyətdə və sözdə əməl edilməsini gözləyir”

    Bakı. 23 iyun. REPORT.AZ/ “Avropa İttifaqı gərginliyin azaldılmasını, dözümlülüyə fəaliyyətdə və sözdə əməl edilməsini gözləyir”.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Xarici siyasət xidmətinin mətbuat katibi Maya Kosyançiç son günlər təmas xəttində ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində yaranan gərginliyə münasibət bildirərkən deyib.

    O qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli və atəşkəs rejiminə əməl edilməsi ilə bağlı dəfələrlə bəyanat veriblər: “Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini tamamilə dəstəkləyir, onların iyunun 19-da münaqişə bölgəsində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması çağırışına, eləcə də mövcud danışıqlara məsuliyyət və siyasi iradə ilə yenidən qoşulur”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi