Yuxarı

​ATƏT-in Minsk Qrupunun həmsədrləri prezidentlərin görüşünün yekunu ilə bağlı birgə bəyanat yayıb

Təkbətək görüş onların mövqelərinin dəqiqləşdirilməsinə imkan verib

Bakı. 19 dekabr. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyanın təkbətək görüşü onların mövqelərinin dəqiqləşdirilməsinə imkan verib".

"Report"un məlumatına görə, bu fikirlər iki ölkə prezidentlərinin İsveçrənin Bern şəhərində keçirilən görüşünün yekununa dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb.

Bəyanatda bildirilib ki, görüş zamanı prezidentlər bu yaxınlarda təmas xəttindəki gərginliyin artmasından, ağır hərbi texnikadan istifadə nəticəsində mülki şəxslərin ölümündən narahat olduqlarını xüsusi olaraq qeyd ediblər. "Prezidentlər həmsədrlərin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər. Prezidentlər qarşılıqlı fəaliyyət göstərməyin davam etdirilməsini təsdiqləyərək, Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər" - sənəddə bildirilib.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə vasitəçilik etməyə hazır olduqlarını vurğulayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi