Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü sentyabrda Nyu-Yorkda keçiriləcək

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü sentyabrda Nyu-Yorkda keçiriləcək Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyi təklif ediblər
Qarabağ
12 İyul , 2017 01:32
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü sentyabrda Nyu-Yorkda keçiriləcək

Bakı. 12 iyul. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun həmsədrləri 2017-ci ildə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyi təklif ediblər.

"Report"un məlumatına görə, bununla bağlı təklif iyulun 11-də Brüsseldə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşündə irəli sürülüb.

Qeyd edək ki, görüşdə həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə müzakirələr Qarabağ probleminin nizamlanması üzrə danışıqlar prosesinin irəliləməsi məqsədilə müvafiq şəraitin yaradılması ətrafında davam etdirilib.

Minsk Qrupunun həmsədrləri iki ölkənin XİN başçılarından prezidentlərin cari il ərzində görüşünün təşkili barədə təkliflərlə çıxış ediblər.

Görüşdə bu ilin sentyabrında BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünün keçirilməsi haqqında razılaşma əldə olunub.

Son xəbərlər

Orphus sistemi