ATƏT-in baş katibi Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

ATƏT-in baş katibi Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək Lamberto Zanyer bu gün Yerevana rəsmi səfər edəcək
Qarabağ
30 May , 2017 09:52
ATƏT-in baş katibi Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Bakı. 30 may. REPORT.AZ/ ATƏT-in baş katibi Lamberto Zanyer bu gün Ermənistana rəsmi səfər edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. 

Səfər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın dəvəti ilə reallaşır. L.Zanyer Yerevanda olduğu müddətdə prezident Serj Sarqsyanla da görüşəcək.

Görüşdə ATƏT-lə Ermənistan arasında münasibətlərə, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki münaqişənin tənzimlənməsi yollarına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, ATƏT-in Yerevanda ofisi 2000-ci ildə açılıb, 2017-ci ildə isə bağlanıb. 

Son xəbərlər

Orphus sistemi