Yuxarı

​ABŞ Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır

Cen Psaki: Biz Dağlıq Qarabağdakı gərginlikdən narahatıq

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ rəhbərliyi Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi Birləşmiş Ştatların Dövlət Departamentinin rəsmi nümayənədəsi Cen Psaki bildirib.

"Biz Dağlıq Qarabağdakı gərginlikdən narahatıq", - deyə o söyləyib. Onun sözlərinə görə, Vaşinqton "hər iki tərəfi regionda sülhün əldə olunması üçün danışıqlarda iştirak etməyə çağırır".

Öz növbəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, Dağlıq Qarabağda gərginliyin bərpa olunması problemin sülh yolu ilə həllinə xidmət etməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi