​ABŞ Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır

​ABŞ Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır Cen Psaki: "Biz Dağlıq Qarabağdakı gərginlikdən narahatıq"
Qarabağ
6 Yanvar , 2015 07:44
​ABŞ Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır
Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ rəhbərliyi Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi Birləşmiş Ştatların Dövlət Departamentinin rəsmi nümayənədəsi Cen Psaki bildirib.

"Biz Dağlıq Qarabağdakı gərginlikdən narahatıq", - deyə o söyləyib. Onun sözlərinə görə, Vaşinqton "hər iki tərəfi regionda sülhün əldə olunması üçün danışıqlarda iştirak etməyə çağırır".

Öz növbəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, Dağlıq Qarabağda gərginliyin bərpa olunması problemin sülh yolu ilə həllinə xidmət etməyəcək.

Son xəbərlər

Orphus sistemi