Şuşada yol qəzası olub, iki erməni ölüb

Şuşada yol qəzası olub, iki erməni ölüb Azərbaycanın işğal altında olan Şuşa şəhəri yaxınlığında “Ford” markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində 2 nəfər ölüb.
Qarabağ
8 Avqust , 2019 12:04
Şuşada yol qəzası olub, iki erməni ölüb

Azərbaycanın işğal altında olan Şuşa şəhəri yaxınlığında “Ford” markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində 2 nəfər ölüb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisə Gorus-Xankəndi avtomobil yolunun 72 km-liyində baş verib.

Bildirilib ki, avtomobil 80 metrlik dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü 1958-ci ildə anadan olmuş Qaregin Arutyunyan və sərnişin Elxan Ovsepyan ölüb.

Hadisənin səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi