Rusiyalı ekspert: “Ermənistanın Gəncədəki dinc əhalini atəşə tutması hərbi cinayətdir”

Rusiyalı ekspert: “Ermənistanın Gəncədəki dinc əhalini atəşə tutması hərbi cinayətdir” “Paşinyan bundan xəbərsiz idisə və belə əmr verməyibsə, sual yaranır: o, ümumiyyətlə, silahlı qüvvələrdəki vəziyyətə nəzarət edirmi?!"
Dağlıq Qarabağ münaqişəsi
9870
12 Oktyabr , 2020 19:33
Rusiyalı ekspert: “Ermənistanın Gəncədəki dinc əhalini atəşə tutması hərbi cinayətdir”
İqor Korotçenko

“Ermənistanın Gəncədəki dinc insanları atəşə tutması atəşkəs razılaşması əldə edildikdən sonra törədilən hərbi cinayətdir. Bunlar siyasi və ya hərbi-siyasi rəhbərliyin təsdiqinin tələb olunduğu uzaqmənzilli raket zərbələridir. Yəni bu qərarı ya Nikol Paşinyan, ya da Ermənistan müdafiə naziri Tonoyan verə bilərdi”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Paşinyan bundan xəbərsiz idisə və belə əmr verməyibsə, sual yaranır: o, ümumiyyətlə, silahlı qüvvələrdəki vəziyyətə nəzarət edirmi?! İş ondadır ki, raket zərbələri endirmək barədə qərar verərkən bir sıra mərhələlərdən keçmək lazımdır. Yəni bu, döyüş meydanında qəbul edilməyən prosedurdur. Bu səbəbdən də kimin belə əmr verdiyini aydınlaşdırmaq, eləcə də Gəncəyə raket hücumu edilməsini əmr edən erməni siyasətçilərin və ya hərbçilərin beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməsi məqsədilə beynəlxalq mexanizmlərdən istifadə etmək lazımdır”, - o bildirib.

Ekspert həmçinin Rusiyanın münaqişənin həllindəki roluna da münasibət bildirib: “Rusiyanın rolu yalnız sabitləşdiricilikdir. Rusiya tərəflər arasında danışıqlar mümkün olan kimi Moskvada görüş təşkil etmək, danışıqlar üçün şərait yaratmaq, atəşkəs haqqında razılaşma imzalamaq üçün hər şeyi etdi. İndi isə, görünür, sabitləşmə üzrə siyasi paket hazırlanacaq”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktybarın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 dinc sakin həlak olub, 34 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi