Qarabağın azərbaycanlı icması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı

Qarabağın azərbaycanlı icması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı Azərbaycan Respublikasının Dağlı Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistanın cəbhə xətti boyu etdiyi sonuncu hücumlarla bağlı bəyanat yayıb.
Qarabağ
27 Sentyabr , 2020 12:07
Qarabağın azərbaycanlı icması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının Dağlı Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistanın cəbhə xətti boyu etdiyi sonuncu hücumlarla bağlı bəyanat yayıb. 

"Report"a daxil olan bəyanatda deyilir:

"Bu gün, 27 sentyabr 2020-ci il tarixində, səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələri bütün cəbhə xətti boyu ordumuzun mövqelərinə və yaşayış məntəqələrinə hücum etmişdir. 

Biz, işğalın və etnik təmizləmənin qurbanı olan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistanın bu hücumunu və törətməkdə davam etdiyi müharibə cinayətlərini ən kəskin formada pisləyirik. Biz, təcavüzkar Ermənistan qoşunlarının bütün işğal etdiyi ərazilərimizdən dərhal çıxarılmasını tələb edirik. Yetər 30 ildir gözlədik, artıq evlərimizə qayıtmaq istəyirik.

Keçən illər göstərdi ki, təcavüzkar Ermənistan, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini və digər beynəlxalq təşkilatların sənədlərini ayaq altına ataraq, tapdalanmış hüquqlarımızın bərpasına imkan vermədi. 

Hazırda bütün cəbhə boyu davam edən döyüşlərə görə bütün məsuliyyət təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistanın bu növbəti hücumu nəticəsində şəhid olmuş hərbçilərimiz və mülki vətəndaşlarımıza Allahdan rəhmət diləyirik və onların ailələrinə başsağlığı veririk". 

Son xəbərlər

Orphus sistemi