Paşinyan son ümidi olan intizamsız qocaları cəbhəyə yolladı

Paşinyan son ümidi olan intizamsız qocaları cəbhəyə yolladı Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün cəbhəyə yola düşən sonuncu erməni əsgərləri qarşısında çıxış edib.
Dağlıq Qarabağ münaqişəsi
78546
17 Oktyabr , 2020 04:55
Paşinyan son ümidi olan intizamsız qocaları cəbhəyə yolladı

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün cəbhəyə yola düşən sonuncu - qoca, orta yaşlı erməni əsgərləri qarşısında çıxış edib.

“Report” xəbər verir ki, işğalçı ölkənin baş nazirinin ordunun sonuncu orta yaşlı və qoca əsgərləri qarşısındakı çıxışının videogörüntüsü “YouTube” videohostinqində yerləşdirilib.

Paşinyanın orta yaşlı, qoca əsgərlər qarşısındakı “ürəyinizdə qələbə ilə gedin” şüarını səsləndirməsi hərbi qulluq üçün yararlı olmayan bu şəxslərin cəbhəyə yola salındığını göstərir. Videogörüntüdə diqqəti cəlb edən ikinci məqam isə erməni əsgərlərinin intizamsızlığıdır. Belə ki, cəbhəyə göndərilən yaşlı əsgərlərdən bəziləri baş nazirin qarşısında əlləri ciblərində dayanıblar.

Paşinyanın son ümidi olan bu “hərbçilər”in bəzilərinin intizamsız geyimi, saqqallı olmaları da düşmən ordusunun sonuncu 100-150 çağırışçısının döyüş qabiliyyətinin hansı səviyyədə olmasının göstəricisidir.

Videogörüntüdə əsasən orta yaşlı və qoca əsgərlərin yer alması Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinə göndərmək üçün hərbçi tapmamasının bariz nümunəsidir. Məsələ burasındadır ki, işğalçı ölkənin Dağlıq Qarabağdakı əsas hərbi qüvvəsi Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb.

Bütün bunlar onu göstərir ki, terroru dövlət siyasətinə çevirmiş Ermənistan hərbi əməliyyatlarda son mərmilərini atmaqla yanaşı, sonuncu ümidi olan qocaları da cəbhəyə yollayır.

Son xəbərlər

Orphus sistemi