MSK sədri: "Siyasi partiyalar parlament seçkiləri ilə bağlı müraciətə əməl etməyib"

MSK sədri: "Siyasi partiyalar parlament seçkiləri ilə bağlı müraciətə əməl etməyib" Siyasi partiyalar parlament seçkiləri ilə bağlı müraciətə əməl etməyib.
Qarabağ
27 Yanvar , 2020 16:53
MSK sədri: Siyasi partiyalar parlament seçkiləri ilə bağlı müraciətə əməl etməyib
Məzahir Pənahov / Report / Firi Salim

"Siyasi partiyalar parlament seçkiləri ilə bağlı müraciətə əməl etməyib".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, qanunvericiliyin tələbinə görə, əgər öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən şəxslər siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla bağlı həmin siyasi partiya Mərkəzi Seçki Komissiyasına məlumat verməli idi.

Məzahir Pənahov xatırladıb ki, MSK-nın keçən iclası zamanı partiyalara müraciət edərək növbəti iclasa qədər siyasi partiyaların bununla bağlı məlumat vermələrini xahiş etmişdi. Amma bu müraciətə əməl olunmayıb:

“Ona görə hesab edirəm ki, məsələ ilə bağl heç kəs bizdən inciməsin”.

Son xəbərlər

Orphus sistemi