“Bakı və Yerevan arasında olan qeyri-rəsmi siyasi dialoqda Azərbaycan Prezidenti
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında politoloq, "Vestnik Kavkaza" İnformasiya Agentliyinin baş direktorunun müavini Andrey Petrov deyib.
O, bildirib ki, Nikol Paşinyanın mövqeyi zəifdir: “Əlbəttə ki, Nikol Paşinyanın mövqeyi həmişə zəifdir. Əgər o, ən yaxşı arqumentlərini gətirsə belə, hər kəs başa düşür ki, həqiqətdə bu, belə deyil. Buna görə də İlham Əliyev güclü mövqedən çıxış edir. Güclü mövqe isə ondan ibarətdir ki, İlham Əliyev olan faktları qeyd edir və sənədlərə əsaslanır. Ermənistanın indiki mövqeyi isə ondan ibarətdir ki, öz fikirlərini daha çox piar etsinlər və dünya ictimaiyyətinin nəzərini mövcud faktlardan yayındırsınlar. Ona görə İlham Əliyevin mövqeyi idealdır. O, şəxsi münasibət bildirmir, rəsmi Bakının mövqeyinin təbliğatı ilə məşğul olmur. Məhz buna görə İlham Əliyev bu dialoqda həmişə qalibdir. Paşinyan yalnız şəxsi fikirlərini, İlham Əliyev isə mövcud olanı deyir”.
Rusiyalı ekspert nasizmin qəhrəmanlaşdırılmasına münasibətdə Rusiyanın mövqeyinin İlham Əliyevin sitat gətirdiyi sənədlərdə göstərildiyini bildirib: “Rusiyanın mövqeyi İlham Əliyevin sitat gətirdiyi sənədlərdə göstərilib. 2016-ci ildə Qaregin Njdenin abidəsi Ermənistanda quraşdırılanda “Vestnik Qafqaza” olaraq Rusiya
İqbal Rüstəmov