Yuxarı

Dövlət Reklam Agentliyinin kollektivi Xocalı soyqırımının 26-cı anım mərasimini qeyd edib

Dövlət Reklam Agentliyinin kollektivi Xocalı soyqırımının 26-cı anım mərasimini qeyd edib

Bakı. 23 fevral. REPORT.AZ/ Dövlət Reklam Agentliyinin kollektivi Xocalı soyqırımının 26-cı anım mərasimini qeyd edib.

Bu barədə "Report"a Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov çıxış edərək bildirib ki, Xocalı faciəsi tarix boyu dinc əhaliyə qarşı törədilən ən ağır cinayətlərdəndir: "Əsrin dəhşətli hadisəsində 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb. Ümumilli Lider Heydər Əliyev baş verən bu amansız soyqırımın əsl mahiyyətini vurğulayaraq, ona lazımi qiymət verib. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin fevralında Milli Məclis soyqırıma siyasi-hüquqi status verib və 26 fevral “Xocalı soyqırımı günü” elan edilib. Bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması sahəsində məqsədyönlü fəaliyyət həyata keçirilir. Xocalı soyqırımının qurbanlarının xatirəsi əziz tutulur, ölkə başçısı İlham Əliyev tərəfindən faciə iştirakçılarının ailələrinə layiqincə diqqət göstərilir".

Daha sonra Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə çıxış edərək faciənin Azərbaycan tarixinə qanlı səhifə kimi həkk olunduğunu söyləyib.

Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı qurbanlarına həsr olunmuş sənədli film təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi