Yuxarı

Dövlət müşaviri: “Ümid edirəm ki, Cocuq Mərcanlıdakı dağılmış evlərin bir hissəsi açıq səma altında muzey kimi saxlanılacaq”

“Aprel döyüşlərində sübut etdik ki, Azərbaycan xalqı torpaqları hərbi yolla işğaldan azad etməyə qadirdir”

Bakı. 21 fevral. REPORT.AZ/ “Aprel döyüşlərində sübut etdik ki, Azərbaycan xalqı torpaqları hərbi yolla işğaldan azad etməyə qadirdir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi abadlaşdırılacaq: “Dağlıq Qarabağa qayıdış Cocuq Mərcanlıdan başlayır. Ümid edirəm ki, Cocuq Mərcanlıda erməni vandalizminin nümunəsi olaraq dağılmış evlərin bir hissəsi açıq səma altında bir muzey kimi saxlanılacaq və bizi erməni vandalizmini daim yaddaşımızda saxlamağa çağıracaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi