Bakı. 21 fevral.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi abadlaşdırılacaq: “Dağlıq Qarabağa qayıdış Cocuq Mərcanlıdan başlayır. Ümid edirəm ki, Cocuq Mərcanlıda erməni vandalizminin nümunəsi olaraq dağılmış evlərin bir hissəsi açıq səma altında bir muzey kimi saxlanılacaq və bizi erməni vandalizmini daim yaddaşımızda saxlamağa çağıracaq”.