Yuxarı

ATƏT Baş katibi: "Ermənistan və Azərbaycan liderlərinin əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır"

Qarabağ münaqişəsində sülhə hazırlıq ümidverici siqnaldır

Bakı. 21 fevral. REPORT.AZ/ "Ermənistan və Azərbaycan liderlərinin əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır".

"Report" xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminqer Vyanada ATƏT PA-nın qış sessiyasının açılış mərasimində deyib.

"Bir çox münaqişələrin uzun illərdir həll edilməməsinə baxmayaraq, onların nizamlanması yenə də mümkündür. Ümid edirəm ki, Dnestryanı münaqişənin həllindəki irəliləyiş digər tərəfləri də regiondakı digər münaqişələri sülh yolu ilə həll etməyə yönləndirəcək. Həmçinin Minsk prosesində də irəliləyiş görmək istəyirik, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində işləyirik", - T.Qreminer bildirib.

ATƏT-in Baş katibi təşkilat daxilindəki münaqişələrin həlli üçün bütün vasitəçilik formatlarında birgə konstruktiv üzrə səylərin intensivləşdiriməsinin zəruriliyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi